“Paşinyanı “Qarabağ- Ermənistandır və nöqtə” deməyə arvadı məcbur etdi…”

1-04-2021, 22:48           
“Paşinyanı “Qarabağ- Ermənistandır və nöqtə” deməyə arvadı məcbur etdi…”
“Qarabağdakı mənbələrimizdən öyrəndik ki, Nikol “Qarabağ- Ermənistandır və nöqtə” elan edəcəyi gün Qarabağ rəhbərliyi bundan xəbərdar olaraq sözün birbaşa mənasında Baş nazirdən belə bir açıqlama verməməsini tələb etdi. Onlar bildirdi ki, bu, birbaşa müharibəyə qapı açmaqdır…”

Sozcu.az xəbər verir ki, News.am-ın yaydığı məlumata görə, bu sözləri “Alternativ layihələr” qrupunun üzvü Geqam Nazaryan İrəvanda jurnalistlərlə görüşündə deyib.

“Nikol dedi ki, oldu, demərəm. Bilirsiniz, bunun deyilməli olduğunu israr edən bir nəfər var idi – Anna Akopyan. Amma Nikol hamının gözü qarşıdında dedi ki, siz haqlısınız, belə demərəm. Anna da o söhbətdə iştirak edirdi. Bir də hamı ayıldı ki, Nikol qışqırır: “Qarabağ – Ermənistandır və nöqtə” . “Paşinyanın bu çıxışından sonra şahidlər Annanın sevincini əl hərəkətləri ilə açıq şəkildə ifadə etdiyini söyləyirlər”- G. Nazaryan belə deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.