ABŞ “S-400 qatili” adlandırılan raketlərin uçuş məsafəsini üç dəfə artıracaq

7-04-2021, 14:21           
ABŞ “S-400 qatili” adlandırılan raketlərin uçuş məsafəsini üç dəfə artıracaq
ABŞ Ordusu “Lockheed Martin” tərəfindən istehsal edilən PrSM raketlərinin (Precision Strike Missile - yüksək dəqiqlikli zərbə raketi) uçuş məsafəsini artırmaq niyyətindədir.
Ordu.az xəbər verir ki, bu barədə “Breaking Defence” nəşri yazıb.

Qeyd olunur ki, plana əsasən raketlərin mənzili 3 dəfə artırılacaq. Raketlərin hazırda mənzilinin 500 kilometrdən çox olduğu deyilir. “Lockheed Martin” PrSM raketlərini hələ maksimum məsafədə sınaqdan keçirməyib.

Mediada Rusiyanın S-400 və digər hava hücumundan müdafiə sistemlərinin “qatili” adlandırılan raketlərin bu il ilk atış sınaqlarının keçirilməsinə qərar verilib.

PrSM proqramı 2017-ci ilin mart ayında başladılıb. Proqramın məqsədi hazırda ABŞ ordusunun MGM-140 ATACMS əməliyyat-taktiki raket ailəsini əvəz etmək üçün rəsmi olaraq 60-499 km aralığında mənzilə sahib olan yeni nəslin yüksək dəqiqlikli əməliyyat-taktiki raketinin yaradılmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru