“Bloomberg”: Tvitter “Clubhouse”u 4 milyard dollara almaq istəyir

8-04-2021, 07:01           
“Bloomberg”:
Tvitter şirkəti son aylar “Clubhouse” sosial şəbəkəsinin satın alınması haqqında danışıqlar aparıb.

“Report” xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Bloomberg” agentliyi bildirib.

Mənbələrin məlumatına görə, sazişin qiyməti 4 milyard ABŞ dollar qiymətləndirilir. Hazırda danışıqlar naməlum səbəbdən dayandırılıb.

Tvitterin nümayəndəsi buna şərh verməkdən imtina edib, “Clubhouse”da agentliyin sorğusuna cavab verməyiblər.

Daha əvvəl Tvitter şirkəti “Spaces” audioplatformasının beta versiyasını buraxıb. Yeni versiyanın “Clubhouse”a rəqib olduğu vurğulanırdı. Hazırda heç də bütün istifadəçilər platformadan açıq danışıqların keçirilməsi üçün istifadə edə bilmirlər.

“Clubhouse” istifadəçilərin qeyd və daha çox yayılma imkanı olmadan səsli mesajlarla ünsiyyət qurduğu sosial şəbəkədir. Tətbiqə qoşulmaq üçün artıq qeydiyyatdan keçmiş bir istifadəçidən dəvət almaq lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru