Baş nazir cərimələndi

10-04-2021, 12:20           
Baş nazir cərimələndi
Norveçdə ölkənin baş naziri Erna Solberq karantini pozduğu üçün cərimələnib. SİA xəbər verir ki, Erna Solberqin fevral ayında xizək mərkəzlərindən birində 13 nəfərlə eyni masada oturaraq qonaqlıq təşkil etdiyinin görüntüsü ortaya çıxıb. Norveçdə qüvvədə olan koronavirus qadağalarına görə tədbirlərdə 10 nəfərdən çox insan iştirak edə bilməz.

Bu səbəblə istintaqa cəlb olunan baş nazir 20 min Norveç kronu (2352 dollar) məbləğində cəzalandırılıb.

Polis rəsmisi Ole Saeverud məsələ ilə bağlı təşkil olunan mətbuat konfransında normalda bu kimi hallarda cəza verilmədiyini, lakin məhdudiyyətləri pozan şəxsin baş nazir olması səbəbilə belə addım atıldığını diqqətə çatdırıb. O, "Qanunlar hamı üçün eyni olsa da, hər kəs qanun qarşısında bərabər deyil”, - deyə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru