Kosmosa uçacaq ilk ərəb qadının adı açıqlandı

11-04-2021, 00:01           
Kosmosa uçacaq ilk ərəb qadının adı açıqlandı
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) NASA-nın kosmik proqramı çərçivəsində Conson Kosmik Mərkəzində treninqdə iştirak edəcək və yaxın vaxtlarda kosmosa uçacaq ilk ərəb qadın astronavtın adı açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu şərəfə 27 yaşlı Nura əl-Matruşi layiq görülüb.

İlk ərəb qadın astronavt kişi tərəfdaşı Məhəmməd əl-Molla ilə birlikdə 4 min namizədin arasından seçilib. O, Beynəlxalq Riyaziyyat Olimpiadasında və BMT-nin Gənclər Konfransında ölkəsini təmsil edib.

Astronavtların hazırlanması üzrə proqram BƏƏ ilə ABŞ arasında imzalanmış saziş əsasında həyata keçirilir. Seçilmiş astronavtlar NASA-da kosmosda tədqiqat və fəzada uçuşa nəzarət, aşağı orbitdə, habelə çəkisizlik şəraitində davranış və digər sahələr üzrə təlim keçəcəklər. İngilis dilini mükəmməl bilən astronavtların Beynəlxalq Kosmik Stansiyada ünsiyyət qurması məqsədilə rus dili dərsləri də təşkil ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru