Zelenski cəbhədə çətin anlar yaşadı - VİDEO

13-04-2021, 00:02           
Zelenski cəbhədə çətin anlar yaşadı - VİDEO
Rusiya və Ukrayna arasında yaşanan Donbas böhranında hər gün bir yenilik qeydə alınır.

KONKRET.az xəbər verir ki, sərhəddəki hərbçiləri ziyarət edən Ukrayna Prezidenti Vladimir Zelenskinin çətin anlarını “CNN International”ın kamerası lentə alıb.

Gərginliyin yaşandığı sərhəd bölgəsini ziyarət edən Zelenskini “CNN International”ın müxbiri Metyu Şans da müşayiət edib və tarixə keçən anları qeydə almaq şansı əldə edib.

Kameranın anbaan qeydə aldığı o anlarda Zelenski sərhəddəki səngərləri gəzərkən, separatçıların snayper atəşlərinə hədəf ola biləcək bir yerə gəlir və o anda Ukrayna Prezidenti CNN-in müxbiri və operatoruna qaçmalarını deyir. Saniyələr içində komanda ziqzaqvari hərəkətlərlə təhlükəsiz bir sahəyə irəliləməyə nail olurlar.

Müxbir əlavə edib ki, cəbhədə hətta dövlət rəhbəri belə təhlükəsizlikdə deyil.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru