Putin: "Rusiya öz maraqlarını qorumaq üçün vasitə tapacaq"

22-04-2021, 00:07           
Putin: "Rusiya öz maraqlarını qorumaq üçün vasitə tapacaq"
Əgər digər ölkələr dialoq aparmaq istəmirlərsə və təkəbbürlü bir ton seçirlərsə, onda Rusiya öz maraqlarını qorumaq üçün bir vasitə tapacaq.
Rusiyanın beynəlxalq arenada məqsədi vətəndaşlarımızın sülh və rifahının təmin olunmasıdır. Rusiyanın beynəlxalq hüquq çərçivəsində müdafiə edəcəyi maraqları var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.

"Əgər digər ölkələr dialoq aparmaq istəmirlərsə və təkəbbürlü bir ton seçirlərsə, onda Rusiya öz maraqlarını qorumaq üçün bir vasitə tapacaq", - deyə Putin vurğulayıb.

Rusiya Prezidenti qeyd edib ki, Rusiyaya qarşı qeyri-dostyana aksiyalar bitmir: "Bəzi ölkələrdə ənənə yaradıblar - istənilən məsələ ilə bağlı Rusiyaya yapışmaq. Bu, idmanın yeni növüdür".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru