ABŞ bu il Əfqanıstana əlavə 300 milyon dollar ayıracaq

22-04-2021, 06:27           
ABŞ bu il Əfqanıstana əlavə 300 milyon dollar ayıracaq
ABŞ bu il Əfqanıstana əlavə 300 milyon dollarlıq mülki yardım edəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz investisiya və Əfqanıstan xalqına dəstək vermək öhdəliyimizin bir hissəsi olaraq, Dövlət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi vasitəsilə 2021-ci ildə 300 milyon dollar əlavə mülki yardım göstərmək üçün ABŞ Konqresi ilə işləyirik".

Onun sözlərinə görə, ayrılacaq əlavə mülki yardım iqtisadi artımın təşviqi, korrupsiya və narkotik ticarəti ilə mübarizə, səhiyyə və təhsil sistemlərinin inkişafına yönəldiləcək: "Qoşunların çıxarılması ilə davamlı sülhü təşviq etmək üçün iqtisadi və mülki yardımlardan istifadə edəcəyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru