ABŞ səfirliyində yır-yığış: Səfirin çamadanları avtomobilinə yükləndi

22-04-2021, 11:39           
ABŞ səfirliyində yır-yığış: Səfirin çamadanları avtomobilinə yükləndi
ABŞ-ın Rusiyadakı səfiri Con Sullivan Moskvadakı iqamətgahından ayrılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mənbə iqamətgahını tərk edən səfirin hava limanına yollandığını ehtimal edir.

Diplomatın getməsinin şahidi olan agentliyin müxbiri Sullivanın avtomobilinə üç çamadanın yükləndiyini bildirib.

Səfir hələ aprelın 20-də Moskvadan ayrılacağını, ancaq yaxın həftələrdə yenidən geri dönəcəyini açıqlayıb. ABŞ Dövlət Departamenti Sullivanın ailəsinə baş çəkmək və yeni administrasiyanın üzvləri ilə görüşmək və məsləhətləşmək üçün Vaşinqtonda qayıdacağını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru