ABŞ-da "Johnson & Johnson" vaksini təhlükəsiz hesab edildi

24-04-2021, 19:57           
ABŞ-da "Johnson & Johnson" vaksini təhlükəsiz hesab edildi
ABŞ-ın Qida və Dərman Preparatlarına Nəzarət Administrasiyası və İnfeksion Xəstəliklərə Nəzarət Mərkəzi "Johnson&Johnson" şirkətinin koronavirus vaksininin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Qurumların yaydığı bəyanatda deyilir ki, vaksinin istifadəsi səmərəlidir və sağlamlıq üçün təhlükəsizdir. Mütəxəssislər peyvənddən sonra trombozun yaranma ehtimalını "çox aşağı" qiymətləndirib. Vaksinin tətbiqinin davam etdirilməsi tövsiyə edilib.

"Johnson & Johnson" vaksini ABŞ-da 18 yaşdan yuxarı bütün şəxslər üçün nəzərdə tutulur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.