Avstriya kansleri Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləmədi

27-04-2021, 00:05           
Avstriya kansleri Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləmədi
Kurts əlavə edib ki, Avstriya Ukrayna sərhədində qoşunların dislokasiya olunmasından çox narahatdır və ümid edir ki, vəziyyətin bundan sonra da gərginləşməsindən qaçmaq mümkün olacaq.
Avstriya Kansleri Sebastyan Kurts Rusiyaya qarşı Avropa İttifaqı (Aİ) tərəfindən əlavə sanksiyaların tətbiqinin əleyhinə çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu kansler "Neue Züricher Zeitung" nəşrinə müsahibəsində bildirib.

"Aİ-nin artıq qəbul olunan sanksiyaları düzgündür. Lakin dialoqa üstünlük vermək vacibdir. Bizim qitədə sülh yalnız Rusiya ilə birgə mümkündür, ona qarşı olmaqla yox", - deyə Avstriya kansleri vurğulayıb.

Kurts əlavə edib ki, Avstriya Ukrayna sərhədində qoşunların dislokasiya olunmasından çox narahatdır və ümid edir ki, vəziyyətin bundan sonra da gərginləşməsindən qaçmaq mümkün olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru