ABŞ-ın Əfqanıstandan çıxması KTMT üçün əlavə risqlər yaradır - Zas

27-04-2021, 14:25           
ABŞ-ın Əfqanıstandan çıxması KTMT üçün əlavə risqlər yaradır - Zas
"ABŞ hərbi kontingentinin Əfqanıstandan geri çəkilməsinin təşkilata üzv ölkələr üçün əlavə risklər yaradacaq". Bizimxeber.az bildirir ki, KTMT baş katibi Stanislav Zas bunu KTMT üzvü olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, təşkilat rəhbərliyi Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılmasının nəticələrini həyəcanla gözləyir. "Tacikistan-Əfqanıstan sərhədinin qorunmasını gücləndirərək əlavə profilaktik tədbirlər görməliyik" deyə Zas əlavə edib.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru