Rusiya ‘Şeytan-2’-ni sınaqdan keçirdir VİDEO

6-05-2021, 17:34           
Rusiya  ‘Şeytan-2’-ni sınaqdan keçirdir VİDEO
Rusiya bu il yeni balistik qitələrarası “RS-28 Sarmat” raketini sınaqdan çıxaracaq.

Ovqat.com xəbər verir ki, Böyük Britaniyanın “Daily Mail” qəzeti bu barədə məlumat yayıb.

Nəşrin iddiasına görə, bu raket bir atışla İngiltərə və ya Teksas boyda ərazini yerlə yeksan edə biləcək.

Məlumatda Rusiyanın ‘Soyuq müharibə’ dən bəri Qərblə münasibətlərdə ən gərgin dövrdə yeni hipersonik (səsdəniti) silahının sınaqlarına hazırlaşdığı vurğulanıb.



“Yeni hipersonik raket ABŞ-ın raket hücumundan müdafiəsini keçə, Texas və ya İngiltərə böyüklüyündə bir ərazini məhv edə bilər”, – məqalədə belə deyilir.

Qərbdə ‘Şeytan-2’ (Şeytan-2) adlanan qitələrarası ballistik raketin hazırda dünyanın ən güclü silahı sayılan RS-20 Voyevoda (NATO adı ‘Şeytan’) raketinin yerini alacağı təxmin olunur.

Amma onu da nəzərə almaq lazımdır ki, Paşinyan demişkən, rus raketlərinin ya ümumiyyətlə partlamamaq, ya da ən yaxşı halda 10% partlamaq ehtimalı var. O başqa məsələdir ki, 10% partlayacağı təqdirdə belə “RS-28 Sarmat”-ın dağıdıcı gücü inanılmaz nəticələri ola bilər. Təbii ki, əgər partlasa.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru