Ukrayna ABŞ-dan hava hücumundan müdafiə sistemi alacaq
7-05-2021, 00:05
Ukraynanın ABŞ-dan hava hücumundan müdafiə sistemləri daxil olmaqla hərbi texnika dəstəyi istəyəcəyi bildirilir. Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba məlumat verib: "Yalnız təmin edilmək deyil, həm də almaq istəyirik. Bu ortaqlığın iki tərəfli olmasının tərəfdarıyıq". Qeyd edək ki, ABŞ-ın dövlət katibi Antoni Blinken Ukraynada 2 günlük rəsmi səfərdədir.