"Hizbullah" rəsmisi Beynəlxalq Qüds günü barəsində danışdı
7-05-2021, 10:40
Eastnews.org-un verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatının baş katibinin müavini Şeyx Naim Qasim Beynəlxalq Qüds günü ilə bağlı açıqlama verib.
Şeyx Naim Qasim açıqlamasında bildirib ki, İmam Xomeyni Beynəlxalq Qüds gününü təsis etdikdən sonra İslam ümmətinin vəziyyəti tamamilə dəyişdi.
"Daha sonra İrandakı İsrail rejimi səfirliyi Fələstin səfirliyinə çevirildi və İnqilab Keşikçiləri Korpusunun Qüds briqadaları yaradılaraq, Fələstinə dəstək ifadə olundu. Bütün bunlar Beynəlxalq Qüds gününün bərəkəti idi", - deyə Şeyx Naim Qasim diqqətə çatdırıb.
O qeyd edib ki, bu gün ərəb dövlətlərinin bəzilərinin Təl-Əviv ilə normallaşma razılaşmaları imzalamaları İsrail rejiminin öz təhlükəsizliyini qorumaq üçün atdığı addımdır.