Rusiyanın beynəlxalq aləmdə nəinki dostu, deyəsən, tanışı da yoxdur...

7-05-2021, 18:52           
Rusiyanın beynəlxalq aləmdə nəinki dostu, deyəsən, tanışı da yoxdur...
Çexiya baş naziri Andrey Babis parlamentdə çıxış edib. O, Moskva ilə Praqa arasındakı münasibətlərdən danışıb. Babis bildirib ki, gərgin atmosfer yumşalmalıdır. Tərəflər arasındakı gərginlik bir neçə aydır ki, davam edir. Beləliklə, Rusiyanın beynəlxalq aləmdə bircə dənə belə dostunun olmadığı növbəti dəfə üzə çıxdı. Hətta nəinki dostu, deyəsən, tanışı da yoxdur...

Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bu barədə “Sherg.az”a açıqlamasında belə bir halın Kreml üçün təəccüblü olmadığını bildirdi:

“Rusiyanın siyasəti tarix boyu dəyişməz qalıb. Dövlət qurulandan etibarən qarşısında iki yolu var: ya balaca olub, inkişaf etməli, ya da imperiyaya çevrilib geridə qalmalıdır.
Şimal qonşumuz ikincini seçib. Nəticədə ambisiyalar əvəzində yerli xalqın soyuducusu da boşdur.
Odur ki, bu, rəsmi Moskva üçün normaldır. Rusiya tarixən məhz belə mövcud olub.
Kremli başqa cür təsəvvür etmək sadəcə mümkünsüzdür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru