Putin və Netanyahu arasında kritik danışıq

8-05-2021, 00:00           
Putin və Netanyahu arasında kritik danışıq
Tərəflər təhlükəsizlik şurası, həmçinin xarici siyasət və iqtisadi qurumlar barədə dialoqun davam etdirilməsinə dair razılığa gəlib.
Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu beynəlxalq məsələləri müzakirə ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.

Qeyd olunur ki, telefon danışığı zamanı liderlər Suriya nizamlanması da daxil olmaqla beynəxlaq gündəlikdə olan məsələləri müzakirə ediblər. Bildirilir ki, Benyamin Netanyahu Putini İsrail tərəfinin Kiyev nümayəndələri ilə əlaqələri barədə məlumatlandırıb. Tərəflər təhlükəsizlik şurası, həmçinin xarici siyasət və iqtisadi qurumlar barədə dialoqun davam etdirilməsinə dair razılığa gəliblər.

Putin və Netanyahu, həmçinin Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibəti ilə bir-birlərini təbrik ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru