Çexiya Avropa İttifaqından əlavə peyvənd istəyəcək

8-05-2021, 06:36           
Çexiya Avropa İttifaqından əlavə peyvənd istəyəcək
Çexiyanın baş naziri Andrey Babiş Avropa İttifaqı (Aİ) komissiyasının sədri Ursula fon der Lyayendən ölkəyə iyun ayında mövcud razılaşmalarda nəzərdə tutulandan daha çox koronavirus əleyhinə peyvənd verilməsini xahiş edəcək.

“Report” “Çex” radiosuna istinadən xəbər verir ki, siyasətçi bunu Porto şəhərində Avropa Şurasının qeyri-rəsmi sammitinin ilk günü bitdikdən sonra söyləyib.

“Sədrdən iyun ayında daha çox peyvənd verilməsini xahiş edəcəyəm. Bu, indi bizim üçün çox vacibdir”, deyə baş nazir bildirib.

Qeyd edək ki, Çexiyada bu günə qədər 2 463 743 şəxsə vaksin vurulub. Ölkədə “Pfizer\BioNTech”, “Moderna”, “Johnson & Johnson”, eləcə də “AstraZeneca” şirkəti tərəfindən istehsal olunan peyvəndlərdən istifadə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru