Səudiyyə Ərəbistanında peyvəndsiz işə çıxmaq qadağan olundu

8-05-2021, 06:47           
Səudiyyə Ərəbistanında peyvəndsiz işə çıxmaq qadağan olundu
Səudiyyə Ərəbistanı hökuməti dövlət və özəl şirlətlərin əməkdaşlarına koronavirusa qarşı peyvənd olunmadan işə çıxmağı qadağan edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Kadrlar və Sosial İnkişaf Nazirliyindən yayılan məlumatda bildirilib.
Məlumata qeyd olunub ki, bütün əməkdaşlar tezliklə vaksinasiyadan keçməyə hazır olmalıdırlar. Belə ki, yaxın gələcəkdə onların peyvəndlənməsi prosesinə start veriləcək.

Məlumat üçün bildirək ki, bugünədək əhalisi 34 milyon olan Səudiyyyə Ərəbistanında 10 milyon dozadan çox vaksin vurulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru