Bu ölkədə açıq havada maska taxmaq ləğv edildi

11-05-2021, 00:21           
Bu ölkədə açıq havada maska taxmaq ləğv edildi
Çex Respublikasında açıq havada maska taxma məcburiyyəti ləğv edilib.

KONKRET.az xəbər verir ki, qərar ölkədə koronavirusla bağlı vəziyyətin yaxşılaşması ilə əlaqədar verilib.

İnsanlardan yalnız sıx toplaşdırlan yerdə, məsələn, dayanacaqlarda maska taxmaq tələb olunur.

Eyni zamanda, mağazalar, turizm agentlikləri və əhaliyə məişət xidməti göstərən digər müəssisələr maksimum sanitariya və epidemioloji təhlükəsizlik tədbirlərinə riayət etməklə fəaliyyətlərini bərpa ediblər.

Çex Respublikasında koronavirusa qarşı 27 dekabr 2020-ci ildə başlayan vaksinasiya nəticəsində 2 596 197 nəfərə peyvənd vurulub.

Ölkədə 1 645 061 nəfərdə koronavirus qeydə alınıb, 29 667 nəfər virusdan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru