BMT-dən İsrailə çağırış

11-05-2021, 22:15           
BMT-dən İsrailə çağırış
İsrail təhlükəsizlik qüvvələri söz və toplaşmaq azadlığına icazə verməlidir.

Bunu BMT-nin İnsan Haqları üzrə Komissarlığının sözçüsü Rupert Kolville deyib.

"Hər cür zorakılıq, zorakılığa təhrik, etnik ayrı-seçkilik və təxribatları qınayırıq. Etiraz etməyənlərin - sadəcə namaz qılanların və ya iftarlarını açanların təhlükəsizlik qüvvələri tərəfindən məruz qaldığı rəftar tamamilə səbəbsizdir. Hüquqlarından dinc şəkildə istifadə edənlərə qarşı heç bir güc tətbiq edilməməlidir", - deyə Kolville bildirib.

O, zorakılığın uşaqlar üzərindəki təsirindən narahat olduqlarını bildirib:

"Saxlanılan uşaqlar sərbəst buraxılmalı, gərginlik azalmalıdır". axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru