Rusiya rumın diplomatını “persona-non-qrata” elan etdi

11-05-2021, 22:41           
Rusiya rumın diplomatını “persona-non-qrata” elan etdi
Rusiya Rumıniyanın Moskvadakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesinin köməkçisini “persona-non-qrata” elan edib. Azmarka.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında bildirilir.

Diplomata ölkəni 72 saat ərzində tərk etmək barədə göstəriş verilib.

"Bu addım Rumıniya tərəfinin aprelin 26-da Rusiyanın Buxarestdəki səfirliyi yanında hərbi attaşesinin köməkçisinin əsaslandırılmamış şəkildə “persona-non-qrata” elan edilməsinə cavab olaraq atılıb", - deyə nazirliyin saytındakı xəbərdə bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru