İsrailin Aşkelon şəhəri raket atəşinə tutuldu - Mülki şəxslər həlak oldu - VİDEO
12-05-2021, 00:16
Aşkelona Qəzza zolağından atılan raketlər nəticəsində İsrailin iki mülki vətəndaşı həlak olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı İsrailin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Qəzza sektorundan İsrail ərazisinə 150-yə yaxın raket atılıb, onların çoxu “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.