SON DƏQİQƏ: İran raketləri İsrailə qarşı işə salındı - FOTO

12-05-2021, 16:23           
SON DƏQİQƏ:
İranın "SH85" tipli raketləri İsrailə qarşı işə salınıb.

Publika.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Bildirilib ki, Həmasın hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadaları Təl-Əvivi hədəf alan hücumlarda ilk dəfə "SH85" tipli İran raketlərindən istifadə edib.

"Əl-Cəzirə" müxbiri Qəzza zolağından atılan 200-ə yaxın raketin Təl-Əvivi və ətraf əraziləri hədəf aldığını açıqlayıb.

"SH85" tipli raketlərə aid olduğu iddia edilən fotolar sosial mediada paylaşılıb. "Röyters" və "Assoşieyted Press" də Təl-Əvivi hədəf alan raketlərin fotolarını yayımlayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru