Hakimiyyət iqtisadi cəhətdən bankrotdur

13-05-2021, 08:39           
Hakimiyyət iqtisadi cəhətdən bankrotdur
Əhalisinin sayına görə dünya liderinə çevrilmiş Hindistanda, Covid-19-la bağlı məhdudiyyətlər səbəbindən, əkin sahələrinin 40 faizi istifadəsiz qalıb. Bu ölkədə qarşıdakı aylarda aclığın başlamasına şübhə yoxdur, çünki bu həcmdə buğda və digər qida məhsullarını digər ölkələrdən tapmaq real görünmür. Bu isə onsuz da yüksəlməkdə olan ərzaq qiymətlərini daha da bahalaşdıracaq
Ümumiyyətlə, dünyada izahı çətin olan proseslər başlayıb. ABŞ-ın şərq sahillərindəki böyük şəhərlərdə məlum boru kəmərlərinin dayanması səbəbindən yanacaq qıtlığı başlayıb. Dünyanın ən böyük avtomobil zavodları çip çatışmazlığına görə istehsalı dayandırıblar. Həmçinin ABŞ-da aprel ayındakı inflyasiya illik miqyasda 4 faizi keçir.
Dünya növbəti dəfə turbulentliyə daxil olur
Əksər dövlətlər belə çətin vəziyyətdə mümkün qədər öz vətəndaşlarını dəstəkləməyə çalışırlar. Iqtisadi vəziyyəti o qədər də ürəkaçan olmayan Rusiya ÜDM-in 10 faizi həcmində əhalini dəstəkləyib və ailələrin 50 faizi dövlət yardımından istifadə edib
Bəs belə vəziyyətdə Azərbaycan nə edəcək? Ənənəvi formada–əhalinin əksəriyyətini büdcədən qidalandırmaq siyasəti tədricən əvvəlki effektivliyini itirir. Inflyasiya dalğası gücləndikcə, əhalinin azalmaqda olan gəlirlərinin alıcılıq qabiliyyəti də azalır. Hakimiyyət isə əvvəlki iqtisadi modelin sıradan çıxdığını və işləmədiyini, saxta rəqəm və bəyanatların faydasızlığını etiraf etmək əvəzinə, 70-ci illərin şüarları tipində təbliğatdan əl çəkmək fikrində deyil. Maliyyə resurslarının tükəndiyini xalqa etiraf etmək əvəzinə, 50 milyard dollar ehtiyatlarının olduğunu bəyan edəndə, təbii olaraq insanlar bu ehtiyatlardan tələb edirlər, uşaqpulu və sosial yardım arzulayırlar
Hakimiyyət özünün iqtisadi baxımdan bankrot olduğunu, yeganə çıxış yolunun iqtisadiyyatı azad buraxmaq və bazarı liberallaşmaq olduğunu etiraf etməsə, ölkə bahalaşma və defisit zərbəsindən yayına bilməyəcək
Qaşqay İsmayıl












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.