Paşinyan təhdid etdi: - “Təhlükəsizlik Şurasında ağlabatan, qətiyyətli və prinsipial qərar qəbul edəcəyik”

13-05-2021, 17:13           
 Paşinyan təhdid etdi: -
“Sünik (Göyçə) bölgəsindəki Sevliç gölü (Qara göl) sahəsindəki vəziyyət son dərəcə ciddi olaraq qalır, dəyişməyib”.

Ovqat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən hökumət iclasında bu iddia ilə çıxış edib.

O bildirib ki, dünən səhər Azərbaycan Silahlı Qüvvələrinin Qara göl yaxınlığındakı yüksəklikləri ələ keçirib və burada sərhəd postları qurub. Ermənistan rəsmilərinin Rusiya ilə danışıqları da bir işə yaramayıb. Azərbaycan isə əlindəki xəritəyə əsaslanaraq buraların onlara məxsus ərazi olduğunu bildirir və geri çəkilmək istəmir. Paşinyanın fikrincə, Azərbaycanın əlindəki müasir GPS ilə müəyyənləşdirən xəritə “saxtadır”. Amma tarixi saxtalaşdırmaqla dünyada ün qazanmış Ermənistanın arxivdə toz başmış kar-kağızı isə əsl xəritədir.

"Göl bölgəsində Azərbaycan əsgərləri var, bizim də əsgərlərimiz var, özü də çox sayda. Ancaq demək istəyirəm ki, vəziyyət hərbi gərginliyə çatmayıb. Atışma və ya toqquşma olmayıb. Azərbaycan əsgərlərinin ərazidən geri çəkilməsi üçün işlər aparılır. Deyim ki, bu Azərbaycan tərəfindən əvvəlcədən planlaşdırılmış təxribat hərəkətidir. Onların saxta xəritələri var, guya gölün özlərinə aid olduğunu təsdiqləyir, amma bunlar açıq-aşkar saxta sənədlərdir” – Paşinyan belə deyib.

Azərbaycan əsgərlərinin bu ərazilərə rahatlıqla necə gəldiyini müəyyənləşdirməyin ayrı bir müzakirə mövzusu olduğunu hesab edən Paşinyan bunun da mütləq nəzərdən keçiriləcəyinə söz verib.

Paşinyan qeyd edib ki, hökumətin bugünkü iclasından sonra Təhlükəsizlik Şurasının başqa bir iclası keçiriləcək, böhranla bağlı lazımi qərarlar veriləcək. O, bu qərarın “ağlabatan, qətiyyətli və prinsipial” olacağını da gizlətməyib. Yəqin 44 günlük müharibədəki erməni qətiyyəti və ağlabatan prinsipiallığının növbəti dəfə şahidi olacağıq.

Xatırladaq ki, Ermənistanın bu təxribatçı və təhdid dolu bəyanatları dünəndən səslənməyə başlayıb. Əvvəl Ermənistanın bəzi sosial media orqanlarında Azərbaycan ordusunun Sünik bölgəsinin İşxanasar dağı ərazisində hərbi əməliyyatlara başladığı barədə məlumatlar yayıldı. Ardınca Goris Bələdiyyə sədrinin müavini İrina Yolyan Facebook səhifəsində “düşmən”in sərhədi keçdiyini və Verişen kəndinə doğru üç kilometr irəlilədiyini yazdı. Ermənistan Müdafiə Nazirliyi də bu qondarma “faktı” təsdiqlədi. Nazirlikdən verilən məlumata görə, mayın 12-də səhər saatlarında Azərbaycan Silahlı Qüvvələri "sərhədləri dəqiqləşdirmək" bəhanəsi ilə sərhəd bölgələrindən birində müəyyən fəaliyyətlətlərə başlayıb. Erməni birləşmələri tərəfindən görülən tədbirlərdən sonra guya Azərbaycan hərbçiləri bu işi dayandırıblar. Vəziyyəti həll etmək üçün danışıqlar aparılır.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.