İsrail hekayəti: başımızın üzərindəki "Dəmir gümbəz"

14-05-2021, 06:02           
İsrail hekayəti: başımızın üzərindəki "Dəmir gümbəz"
İsrailliləri bu gün raketlərdən “Dəmir gümbəz” RƏM qoruyur. Elə həmin sistemdən 2016-cı ildə Azərbaycan da əldə edib. Müharibə zamanı onun nə qədər effektiv olması barədə Sputnik Azərbaycan-ın siyasi şərhçisi Aleksandra Zuyevanın məqaləsində.

Son bir neçə gün ərzində İsrail ərazisinə Qəzza zolağından 1600-dən çox raket atılıb. Bunlardan 400-ü anklavın içinə düşüb. Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Yonatan Konrikus ənənəvi mətbuat konfransında bəyan edib.

O vurğulayıb ki, "Dəmir gümbəz" RƏM sisteminin effektivliyi əvvəlkitək 90% təşkil edib.


İsrailin hava hücumundan müdafiə sistemi "Dəmir gümbəz" (Iron Dome) Qəzza zolağından buraxılan raketləri zərərsizləşdirir
Bəllidir ki, Konrikus bu cür rəqəmləri heç də şişirtmir. İsraildə və Qəzza zolağında həlak olanların sayını müqayisə edərkən bunu aşkar görmək olur.

Fələstin səhiyyə nazirliyinin məlumatına görə, İsrailin Qəzzaya cavab zərbələrindən sonra mayın 10-dan bəri 83 nəfər ölüb, 388 nəfər yaralanıb. İsrail tərəfi isə altı mülki vətəndaşının və bir hərbçisinin həlak olduğunu qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.