İranda ən şanslı namizəd: əgər seçkiyə buraxılsa…

16-05-2021, 10:17           
İranda ən şanslı namizəd: əgər seçkiyə buraxılsa…
İranda seçki prosesi digər ölkələrdən fərqlidir. Bildiyiniz kimi, İranda baş nazir və prezidentdən yüksək səlahiyyətə malik Ali lider mövcuddur.

Bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov İranda qarşıdan gələn prezident seçkiləri haqda danışarkən deyib.

Politoloq qeyd edib ki, artıq İranda prezident seçkisində mübarizə aparacaq namizədlərin qeydiyyatı başlayıb. Xüsusilə üç namizəd şanslı sayılır:

“Bunlar keçmiş prezident Mahmud Əhmədinejad, İran parlamentinin keçmiş sədri Əli Laricani və məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisidir.

Düşünürəm, Konstitusiyanı Mühafizə Şurası Mahmud Əhmədinejadın namizədliyi təsdiqləsə, seçilmək imkanları daha genişdir. Xüsusilə onun prezident təcrübəsinin olması şanslarını daha da artırır. Ümumilikdə isə düşünürəm, qeyd etdiyim üç namizəd arasında əzmkar mübarizənin şahidi olacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru