Bu gündən etibarən İngiltərədə muzey, kinoteatr və hoteller fəaliyyətini bərpa edir

17-05-2021, 07:21           
Bu gündən etibarən İngiltərədə muzey, kinoteatr və hoteller fəaliyyətini bərpa edir
Bu gündən etibarən İngiltərədə koronavirusla bağlı qoyulan qaydalar yüngülləşdirilir.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bununla da muzeylər, kinoteatrlar, və hoteller öz fəaliyyətlərini bərpa edir.
Həmçinin restoranların daxili məkanlarında da müştərilərə xidmət etməyə icazə veriləcək.

Bundan əlavə, insanlar qapalı məkanlarda 6 nəfərədək, açıq məkanlarda isə 30 nəfərədək toplaşa, görüşə bilərlər. Eyni zamanda, maksimum 30 nəfərlik toy mərasimlərinin keçirilməsinə də icazə veriləcək.

Qeyd edək ki, bundan əvvəl İngiltərədə koronavirus qaydaları aprelin 12-də yumşaldılmışdı. Bu qaydalara əsasən, restoranların açıq məkanlarda fəaliyyətinə icazə verilmiş, idman zalları fəaliyyətini bərpa etmişdi.

Hər şey qaydasında gedərsə, İngiltərə hökuməti tərəfindən iyunun 21-də növbəti yumşaldılma barədə qərar verəcəyi gözlənilir.

Xatırladaq ki, Britaniyada koronavirusa qarşı vaksinin hər iki dozasını qəbul edənlərin sayı 20 milyonu keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru