Koronavirusun tüğyan etdiyi Hindistan daha bir fəlakətlə də üzləşdi: Ölənlər var - VİDEO 18-05-2021, 07:26 Hindistanın qərbində “Tauktae” siklonu tüğyan edir. Küləyin sürətinin saatda 200 km-ə çatdığı bildirilir.Bu barədə “RİA Novosti” xəbər yayıb.İlkin məlumatlara görə, azı səkkiz nəfər həlak olub, bundan başqa 150 min insan təxliyyə olunub.Təbii fəlakətlə əlaqədar Mumbai aeroportu işini dayandırıb. Facebook-da paylaş