ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

18-05-2021, 07:30           
ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb
Yoluxma sayına görə ABŞ birinci yerdədir

Dünyada son bir gündə koronavirusa 589 mindən çox yoluxma qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 589 677 hal qeydə alınıb, COVID-19-dan 11 127 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 162 773 940, ölüm hallarının sayı 3 375 573 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 605 236 nəfər virusa yoluxub. Siyahıda daha sonra Hindistan (24 965 463) və Braziliya (15 586 534) gəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru