Yaponiya immiqrasiya islahatından imtina edir

19-05-2021, 06:43           
Yaponiya immiqrasiya islahatından imtina edir
Yaponiya hökuməti cari immiqrasiya qanunvericiliyinin sərtləşdirilməsi üçün hazırlanmış qanun layihəsini müxalifətin, eləcə də ictimai və beynəlxalq təşkilatların tənqidləri fonunda geri götürməyə qərar verib.

Bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Qanunvericiliyə yenidən baxılması səlahiyyətlilərə xüsusən üç dəfə qaçqın statusu verilməyən xarici vətəndaşların məcburi şəkildə deportasiyasına imkan verəcəkdi.

Qanun layihəsini tənqid edənlər bu yanaşmanın qeyri-insani olduğunu hesab ediblər və BMT-nin müvafiq komissiyalarında gözlənilən islahatları pisləyiblər.

Yaponiya İmmiqrasiya Xidmətinin məlumatına görə, 2020-ci ildə qurum qaçqın statusu almaq üçün daxil olan bütün müraciətlərin yalnız 1 faizini təmin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru