Qalapaqos adalarındakı məşhur "Darvin tağı" dağılıb - FOTO

20-05-2021, 00:15           
Qalapaqos adalarındakı məşhur "Darvin tağı" dağılıb - FOTO
Qalapaqos adalarında dalğıclar arasında məşhur olan "Darvin tağı" adlı qaya dağılıb.

Teref.Az AZƏRTAC-a istinadən bildirir ki, Ekvadorun Ətraf Mühit Nazirliyi qayanın dağılmasını təbii aşınma ilə izah edib.

"Darvin tağı" 234 adadan və qayalardan ibarət arxipelaqa daxil olan və insanların yaşamadığı Kulpepper adasından təxminən 1 kilometr məsafədə yerləşirdi. Yarımadanın yaşayış olan dörd adasında təxminən 30 min insan məskunlaşıb.

Ekvadora aid olan Qalapaqos adaları materikdən min kilometr aralıda yerləşir. Adalar böyük flora və fauna müxtəlifliyi ilə tanınır. XIX əsrdə məşhur ingilis alimi Çarlz Darvin burada tədqiqatlar aparıb və sözügedən qayaya onun adı verilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru