"Bizimkilərin erməni ruhundan və bir-iki Kalaşnikovdan başqa heç nəyi yoxdur”- “Azataqrum” hərəkatı

20-05-2021, 05:33           
"Bizimkilərin erməni ruhundan və bir-iki Kalaşnikovdan başqa heç nəyi yoxdur”-
“Dünən ordumuzun Vardenisdə Verin Şorja kəndi yaxınlığındakı mövqelərində idik”.

KONKRET.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirlər Ermənistanın “Azataqrum” milli azadlıq hərəkatının bugünkü paylaşımında yer alıb.

Hərəkatın üzvləri topladıqları yardımları Sünikdəki (Zəngəzur) erməni hərbi hissəsinə çatdırıblar:

“Döyüşçülərimiz üçün zəruri olan əşyaları sizin köməyinizlə topladıq. Orada real vəziyyətlə yerindəcə tanış olduq.

Gəlin xoş xəbərlə başlayaq. Atışma yoxdur. Vəziyyət sakit, lakin son dərəcə gərgindir. Döyüşçülərimiz möhkəmdir, güclü ruh yüksəkliyi var və mövqelərindədirlər. .

Təəssüf ki, yaxşı olan təkcə budur…”

Mənbə daha sonra yazır:

“Azərbaycan qoşunları ərazilərimizdədir. Təəssüf ki, bizim mövqelərdən bir neçə metr məsafədə kifayət qədər inamla dayanıblar. Ən təhqiredici və iyrənc şey ərazimizdə olan azərbaycanlıların oğlanlarımızdan daha yaxşı təmin olunmasıdır. Bizimkilərin indi erməni ruhundan və bir-iki Kalaşdan (Kalaşnikov avtomatı) başqa heç nəyi yoxdur”.

Daha sonra hərəkat yazır:

“İndi “Azataqrum” hərəkatı döyüşçülərimizi birləşməyə və dəstəkləməyə çağırır. Hal-hazırda Vətənimizi qoruyan qəhrəmanlarımız üçün şərait yaratmağı borcumuz hesab edirik.

Uşaqlar çoxdur – sevindirici haldır. Ancaq bunlara: siqaretdən tutmuş gecə görmə cihazlarına qədər hər şey lazımdır. Generatorlara, çadırlara, elektrik banklarına, durbinlərə çox ehtiyac var. Dünən ayrı bir ərazidə yataq torbaları problemini az-çox həll edə bildik, amma buna davam etmək lazımdır”.

Hərəkat ermənilərə çağırış edib:

“Azataqrum” hərəkatı erməniləri birləşməyə çağırır! Düşmən Ermənistan ərazisindədir, hərbi-siyasi rəhbərlik hərəkətsizdir. Övladlarımızın təkrar qırğınlara göndərildiyi bu çətin anda, ciblərini satan və Vətənə xəyanət edən xainlərə deyil, döyüşçülərimizə hər cür dəstək göstərməyinizi xahiş edirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.