ABŞ Mehridə konsulluq açmaq fikrində deyil - Bütün yollar Sünikə aparır?

20-05-2021, 05:20           
ABŞ Mehridə konsulluq açmaq fikrində deyil -
Birləşmiş Ştatlar Ermənistanda konsulluq açmağı planlaşdırmır.

Bu barədə mayın 19-da Amerikanın İrəvandakı səfirlyinin yaydığı cavabda deyilir. Səfirliyin bu açıqlaması «Azadlıq Radiosu»nun yerli şöbəsinin sorğusuna cavab olaraq səsləndirilib.

Bundan əvvəl yerli KİV-də belə bir informasiya yer almışdı ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Ermənistanın Sünik vilayətində (Mehri şəhərində) öz konsulluğunu açmaq barədə Ermənistan hökuməti ilə danışıq aparır.

Mehri Ermənistan respublikasının ən cənub şəhəridir və İranla sərhədə birləşir. Qarabağdakı müharibədən sonra Sünik bölgəsinin əhəmiyyəti bölgəsel və dünya gücləri üçün xeyli artıb. Azərbaycan bu ərazidən «Zəngəzur dəhlizi» yaratmağa və Naxçıvanla, ardınca isə Türkiyə ilə birbaşa əlaqə qurmağa can atır. Bu ayın ortalarında Sünik vilayətində (Zəngəzur) Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında insident baş verib. İnsident hələ də həll olunmamış qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru