HƏMAS lideri İsmayıl Həniyyə: "Hərbi texniki dəstəyə görə İrana təşəkkür edirəm" - İranın məqsədi nədir?

20-05-2021, 06:38           
HƏMAS lideri İsmayıl Həniyyə: "Hərbi texniki dəstəyə görə İrana təşəkkür edirəm"
HƏMAS lideri İsmayıl Həniyyə tərəfindən verilən açıqlamada, "Hərbi texniki dəstəyə görə İrana ayrıca təşəkkür edirəm" sözləri yer alıb.

Qalanews bu barədə BBC-ə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, İran İsrail ilə mübarizə aparması üçün Fələstinə müxtəlif sayda raket kompleksləri və canlı qüvvə dəstəyi yollayır.Bu silahlar müxtəlif marşrutlar üzrə Fələstinə çatdırılır.İndiyədək HƏMAS-ın tarixində ilk dəfə SH85 raketləri bu münaqişədə İsrailə qarşı istifadə olunub.Bu raketlər İran istehsalıdır və indiyədək HƏMAS-ın istifadə etdiyi KASSAM raketlərindən həm daha uzaq məsafədə olan hədəfləri vurması, həm də dağıdıcı gücünə görə üstündür.

Xatırladaq ki, iki tərəf arasında münaqişə, mayın 7-si İsrail polisinin Qüdsdə Əl Əqsa məscidinə hücum etməsindən sonra başlayıb.Hücum zamanı iki fələstinli öldürülüb, 250 nəfər yaralanıb.Onların arasında qadınlar və uşaqlarda var.Davam edən İsrail bombardmanları nəticəsində Fələstində ölən mülki şəxslərin sayı 140-ı keçib.Onlardan 40-ı uşaqdır.HƏMAS-ın raket zərbələri nəticəsində İsrail şəhərləri viran qalıb.600-dən çox mülki insan yaralanıb, 7 nəfər həlak olub.İnfrastruktura ciddi ziyan dəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.