“Ermənistan İranın kömək təklifindən imtina etdi...” - GÖZLƏNİLMƏZ
20-05-2021, 14:07

“Məlum olduğu kimi, İrəvana son səfərləri zamanı İran hərbi rəhbərliyinin nümayəndələri Paşinyana Sünikdəki sərhəd təhlükəsizliyi məsələsində kömək təklif ediblər. İran nümayəndə heyəti terrorçular da daxil olmaqla “azərbaycanlı təxribatçı”ların Ermənistana nüfuz etməsinin qarşısını almaq məqsədilə bütün sərhəd boyunca müvəqqəti yerləşdirilməsi üçün İran qoşunları və texnikasının Sünikə yeridilməsini təklif edib”.
Moderator.az xəbər verir ki, bu məlumatı erməni politoloq Andranik Ovannisyan sosial şəbəkədə paylaşıb.
“İran Türkiyənin bölgədə artan təsirindən son dərəcə narahatdır və gələcəkdə bunun genişmiqyaslı regional müharibəyə(o cümlədən İranın şimal-qərb vilayətlərində) səbəb olacağını yaxşı bildiyindən, nəyin bahasına olursa-olsun, Ermənistanın suveren ərazisinə təcavüzün qarşısını almağa hazırdır. Ancaq əldə etdiyimiz məlumatlara görə, Ermənistan hakimiyyəti İran tərəfinin kömək təklifindən imtina edib”- A.Ovannisyan belə yazır.
Politoloqun sonda qeyd etdiyi kimi, bu, rəsmi İrəvan tərəfindən Tehranın dəstək təklifinin ikinci rədddir. İlk dəfə 2020-ci ilin oktyabrında - Qarabağdakı müharibədə artıq məğlub durumda olduğu dövründə də Paşinyan İranın köməyindən imtina etmişdi...