"İrana qarşı əsas sanksiyalar ləğv edildi" - Ruhani

21-05-2021, 00:05           
"İrana qarşı əsas sanksiyalar ləğv edildi" - Ruhani
"Vyana danışıqlarında Qərb təmsilçiləri İrana qarşı böyük sanksiyaların ləğvi barədə razılığa gəliblər".

Bizimxeber.az bildirir ki, bu barədə "Fars" Agentliyinə İran prezidenti Həsən Ruhani, İranın nüvə proqramı ilə bağlı Vyanada aparılan danışıqları şərh edərək deyib.

"Müqavilənin əsas bəndləri ilə bağlı razılıq əldə edildi. Qərb nümayəndələri əsasən neft, neft-kimya məhsulları, nəqliyyat və sığorta ilə yanaşı İran Mərkəzi Bankına qarşı qoyulan sanksiyaların da ləğv etməyi qəbul etdilər" deyə agentlik İran liderinin sözlərini sitat gətirərək bildirib.

Ruhani həmçinin deyib ki, sanksiyalar ölkənin inkişafına mane ola bilməyib: "Saknsiyalara və pandemiyaya rəgmən İran 17 neft layihəsini həyata keçirib. Bizə heç nə mane ola bilmədi".

Qeyd edək ki, mayın 19-da İranın və Beynəlxalq "beşlik"dövlətlərinin (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) həyata keçirilməsinin tam bərpası ilə bağlı iclası keçirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.