Səfirlik Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib - QOVULA BİLƏRSİNİZ!

21-05-2021, 20:17           
Səfirlik Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib - QOVULA BİLƏRSİNİZ!
Azərbaycanın Rusiyadakı Səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımıza müraciət edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Federasiyasının ərazisində qeyri-qanuni yaşayan miqrantlarla bağlı bu ölkənin daxili işlər nazirinin birinci müavini, polis general-polkovniki Aleksandr Qorovoyun 16 aprel 2021-ci il tarixli bəyanatı ilə əlaqədar Səfirlik bu kateqoriyaya aid Azərbaycan vətəndaşlarına müraciət edib.

“Azərbaycan Respublikasının vətəndaşları cari ilin 15 iyun tarixinədək Rusiya ərazisində öz hüquqi vəziyyətlərini nizamlamaq məqsədi ilə faktiki yerləşmə yerlərində, bölgə və şəhərlərdə Daxili İşlər Nazirliyinin ərazi orqanlarının miqrasiya məsələləri üzrə bölməsinə ən qısa zamanda müraciət etməlidirlər. Rusiya qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq cərimə (təxminən 5 000 rubl) və ya rüsumun ödənilməsindən sonra onların Rusiya ərazisində statusunun leqallaşdırılması aparılacaq. Səfirlik Rusiyada olan vətəndaşlarımıza qısa müddət ərzində aidiyyəti üzrə müraciət etməyi tövsiyə edir”, - deyə müraciətdə bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru