NATO-nun əli tətikdə - Stoltenberq Rusiyaya xəbərdarlıq etdi

21-05-2021, 21:54           
NATO-nun əli tətikdə -
Fansa Prezidenti Emmanuel Makron və NATO Baş katibi Yens Stoltenberq Parisdə bir araya gəlib.

Teref.az xəbər verir ki, görüşdə Rusiya və Çin kimi avtoritar rejimlərə qarşı NATO-nun hava məkanını qorumağa davam edəcəklərini deyən Stoltenberq Ukraynadakı vəziyyəti də müzakirə etdiklərini bildirib.

Stoltenberq Rusiyanın Ukrayna və ətrafında hələ də öz hərbi birliklərini saxladığını və son gərginlikdən sonra bölgədəki qüvvəsinin sayının artdığını diqqətə çatdırıb: “Bizə sülh yolu ilə həll lazımdır”.

“Rusiyanın təcavüzkar davranışlarının narahatlıq yaratması və davam etməsi səbəbindən NATO “həyəcan” vəziyyətindədir”, – NATO baş katibi bildirib. Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru