Blinken və Abbas Yaxın Şərqdə atəşkəsi müzakirə ediblər

22-05-2021, 08:04           
Blinken və Abbas Yaxın Şərqdə atəşkəsi müzakirə ediblər
ABŞ dövlət katibi Entoni Blinken və Fələstin prezidenti Mahmud Abbas arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Praysın yazılı bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, telefon danışığı zamanı tərəflər İsrail və Fələstinin radikal qruplaşmaları arasında atəşkəsə əməl olunmasını təmin etmək üçün tədbirlərin görülməsini müzakirə ediblər:

"Dövlət katibi və prezident atəşkəsi alqışlayıblar və atəşkəsə əməl edilməsi üçün tədbirləri müzakirə ediblər. Dövlət katibi Qəzzaya təcili humanitar yardımın göstərilməsi üçün ABŞ-ın Fələstin hakimiyyəti və BMT ilə əməkdaşlığa bağlılığını vurğulayıb".

E.Blinken və M.Abbas Misirə vasitəçilik səylərinə görə təşkkür ediblər və bütün səviyyələrdə rabitə xəttlərini açıq saxlamağa söz veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru