Rusiyada ailənin bütün üzvləri yaşadıqları mənzildə yanaraq ölüb

22-05-2021, 08:08           
Rusiyada ailənin bütün üzvləri yaşadıqları mənzildə yanaraq ölüb
Rusiyanın Udmurtiya Respublikasında 4-ü uşaq olmaqla bir ailənin bütün üzvləri yanaraq ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Udmurtiya Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Yanğın Nylqa kəndində fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi zamanı 1, 8, 11 və 12 yaşlarında iki oğlan və iki qızın, habelə valideynlərin - 36 yaşlı atanın, 32 yaşlı ananın cəsədləri tapılıb.

Ev tamamilə yandığı, dam örtüyünün çökdüyü bildirilib.

Yanğının başvermə səbəbləri araşdırılır. Hadisə ilə bağlı cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.