"Nexta" qurucusu Minskdə belə yaxalandı - Açıqlama

24-05-2021, 00:01           
"Nexta" qurucusu Minskdə belə yaxalandı - Açıqlama
Belarus dövlət televiziyası – “Belarus 1”in efirində “Nexta” Teleqram kanalının qurucusu Roman Protaseviçin hansı şəratidə yaxalanması məsələsinə aydınlıq gətirilib.

KONKRET.az-ın məlumatına görə, Protaseviçlə birlikdə təyyarəyə minməyə hazırlaşan sevgilisi səfəröncəsi çəkdiyi fotonu digər bir bloger – Anton Motolkoya göndərib və o da həmin fotonu Teleqram səhifəsində paylaşıb.

Bundan xəbər tutan hüquq-mühafizə orqanları dərhal hərəkətə keçərək müvafiq tədbirlər görməyə başlayıblar.

Qeyd edək ki, Afinadan Vilnüsə uçan təyyarə Minskdə təcili eniş edib. Əvvəlcə bildirilib ki, təyyarədə bomba var və axtarış aparılacaq. Daha sonra bomba məlumatının yalan olduğu üzə çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru