Britaniyanın müdafiə naziri Rusiyanı “bir nömrəli təhlükə” adlandırdı

24-05-2021, 07:19           
Britaniyanın müdafiə naziri Rusiyanı “bir nömrəli təhlükə” adlandırdı
“Rusiya Böyük Britaniya üçün “bir nömrəli təhlükə”dir”.

Bunu “The Telegraph” nəşrinə müsahibəsində krallığın müdafiə naziri Ben Uolles bəyan edib.

Onun sözlərinə görə, Rusiyanın sualtı qayıqları Britaniya sahilləri boyu üzür.

“Biz gərginliyi azaltmağa çalışdıq, müxtəlif üsullardan istifadə etdik. Lakin Rusiyanın öz davranışlarını dəyişmədikcə, hansı istiqamətə doğru hərəkət etdiyimizi anlamaq çətindir”, - deyə nazir bildirib.

O əlavə edib ki, hazırda Rusiya Britaniya sərhədləri boyu həddindən artıq fəallıq nümayiş etdirir.

“Öz burunlarını hər yerə soxan Rusiya gəmiləri tez-tez bizə qonaq gəlir”, - deyə nazir qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru