Malidə hərbçilər prezidenti və baş naziri həbs ediblər

25-05-2021, 06:34           
Malidə hərbçilər prezidenti və baş naziri həbs ediblər
Malidə hərbi qulluqçular ölkənin müvəqqəti prezidentini və baş nazirini həbs ediblər.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, həbs olunanlar paytaxt Bamako yaxınlığındakı ordu bazasına aparılıblar. Ölkədə yeni hökumət formalaşdırılıb.

"Malidə hərbi qulluqçular ölkənin müvəqqəti prezidenti və baş nazirini həbs etdilər və onları paytaxt yaxınlığındakı Kati hərbi bazasına apardılar. Prezident qvardiyası dövlət başçısını qorumaqdan imtina edərək, hərbçilərə onu aparmağa icazə verdi. Müvəqqəti prezident Ba Ndaunun və baş nazir Moktar Uanunun hərbi qulluqçular tərəfindən həbs olunmasından 1 saat sonra Malinin loyal vitse-prezidenti, polkovnik Assimi Qota ölkədə ikinci keçid hökumətinin formalaşdırıldığını elan etdi", - mənbə agentliyə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru