Cozef Bayden Roman Protaseviçin həbsini pislədi

25-05-2021, 06:57           
Cozef Bayden Roman Protaseviçin həbsini pislədi
Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden Belarusda saxlanılan “Nexta” teleqram kanalının keçmiş baş redaktoru Roman Protaseviçi azad etməyə çağırıb.

Bu barədə “Report” Ağ Evin saytına istinadən xəbər verir.

ABŞ rəhbəri “Ryanair”lə bağlı hadisəni pisləyib.

“AB-yə üzv iki dövləti arasında “Ryanair” şirkətinin kommersiya təyyarəsinin uçuş istiqamətinin Belarus tərəfindən məcburi şəkildə dəyişdirilməsi, habelə xaricə səyahət edən Belarus jurnalisti Roman Protaseviçin təyyarədən endirilməsi və həbsi beynəlxalq normaları birbaşa pozmaqdır. Amerika Birləşmiş Ştatları həm təyyarənin yönləndirilməsini, həm də cənab Protaseviçin təyyarədən çıxarılması və həbsini ən sərt şəkildə qınayır”, - ABŞ rəbəri deyib.

Bayden həmçinin qeyd edib ki, bu hadisə ilə bağlı beynəlxalq araşdırmanın aparılması tələbinə qoşulur.

Mayın 23-də “Nexta” teleqram kanalının banisi Roman Protaseviç İrlandiyanın Afinadan Vilnüsə uçan “Ryanair” aviaşirkətinin təyyarəsinin təcili eniş etməsindən sonra Belarusun hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun sevgilisinin də tutulduğu bildirilir.

Protaseviç Belarusda bir neçə maddə üzrə, o cümlədən kütləvi qarışıqlıqların təşkil olunmasında ittiham edilir. “Nexta” teleqram kanalı Belarus hakimiyyəti tərəfindən ekstremist hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru