Belarus daha bir Avropa təyyarəsini endirdi - “Lutfhanza“ laynerinin uçmasına icazə verilməyib...

25-05-2021, 09:59           
Belarus daha bir Avropa təyyarəsini endirdi -
Bu gün Belarus hakimiyyəti daha bir qalmaqallı olaya imza atıb.

"AzPolitika.info" "Belsat" teleqram kanalının yaydığı məlumata istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 15:20 radələrində Almaniyanın "Lutfhanza" hava yolları şirkətinə məxsus təyyarənin Minsk aerportundan qalxmasına icazə verilməyib. Sərnişinlər təyyarədən yerə endirilərək özləri və yükləri yenidən yoxlamadan keçirilib.

Xatırladaq ki, mayın 23-də Afinadan Vilnüsə uçan "Ryanair" hava yollarına məxsus təyyarə Belarus hökuməti tərəfindən Minsk hava limanına endirilib. Bu zaman havaya Belarus Hava Qüvvələrinə məxsus Miq-29 qırıcıları qaldırılıb. Enişdən dərhal sonra Belarus təhlükəsizlik qüvvələri göyərtədə olan NEXTA Teleqram kanalının yaradıcısı və baş redaktoru Roman Protaseviçi saxlayıb. O, ekstremizmdə və 2020-ci ilin avqust ayında keçiriləcək prezident seçkilərindən sonra əhalini iğtişaşlara çağırmaqda günahlandırılır.

Bu hadisədən sonra Avropa Parlamentinin ən böyük fraksiyası Avropa ölkələrini Belarusa uçuşları tamamilə dayandırmağa çağırıb. Bugünlərdə Avropa İttifaqının Belarus hakimiyyətinin atdığı addıma sanksiyalarla cavab verməsi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru