İranda 7 namizəd prezident seçkisinə BURAXILDI - SİYAHI

25-05-2021, 18:43           
İranda 7 namizəd prezident seçkisinə BURAXILDI - SİYAHI
İranın Qəyyumlar Şurası gələn ay - 18 iyunda keçiriləcək prezident seçkisinə 7 namizədi buraxıb.

Modern.az xəbər verir ki, seçkiyə buraxılanlar aşağıdakı siyasətçilərdi:

İbrahim Rəisi, Möhsün Rezai, Səid Cəlili, Əmirhüseyn Qazizadə-Haşimi, Əbdülnasir Hümməti, Möhsün Mehralızadə və Əlirza Zakani.

Siyahı Daxili İşlər Nazirliyi tərəfindən mayın 25-də açıqlanıb və seçki kampaniyasına start verilib.

Hazırkı prezident Həsən Ruhaninin müttəfiqləri və digər tanınmış siyasətçilər seçkiyə buraxılmayıb.

İran parlamentin keçmiş sədri, mühafizəkar Əli Laricani, indiki vitse-prezident Eşaq Cahangiri və keçmiş prezident Mahmud Əhmədinejat da seçkiyə buraxılmayan siyasətçilər sırasındadır.

Verilən məlumata görə, ümumilikdə namizədlik üçün 590 nəfər sənəd verib ki, onlardan da cəmi 7-si qeydə alınıb.

Xatırladaq ki, hazırkı prezident Həsən Ruhani iki dəfə dalbadal seçildiyindən, yenidən namizəd ola bilməz.

Ekspertlət İran ədliyyəsinin rəhbəri İbrahim Rəisini seçkidə ən güclü namizəd sayırlar. O, 2017-ci il seçkisində Ruhaniylə mübarizə aparıb. Rəisinin İranın ali dini lideri Xameneyi ilə sıx əlaqələri var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru