Rusiya Tixanovskayanın adını axtarılanlar siyahısından sildi

26-05-2021, 00:09           
Rusiya Tixanovskayanın adını axtarılanlar siyahısından sildi
Rusiya Daxili İşlər Nazirliyi Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanın adını axtarılan şəxslər siyahısından silib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya DİN-in saytında axtarış sorğusuna cavabda deyilir:

“Axtarışınıza uyğun şəxs tapılmadı”.

Xatırladaq ki, Tixanovskaya Rusiya DİN-in axtarılanlar siyahısına 2020-ci ilin oktyabrında salınıb. Ona qarşı hər hansı cinayət işi açılmasa da, Rusiya DİN-dən Belarus müxalifət liderinin adının iki ölkə arasında bağlanmış müvafiq razılaşma çərçivəsində dövlətlərarası axtarışdan söhbət getdiyi üçün axtarışda olanlar siyahısına daxil edildiyi bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru