Dünya ticarətinə milyardlarla dollar ziyan vuran gəmiyə görə 550 milyon təzminat tələb edilir

26-05-2021, 07:57           
Dünya ticarətinə milyardlarla dollar ziyan vuran gəmiyə görə 550 milyon  təzminat tələb edilir
“Ölkə.az” xəbər verir ki, bu barədə Süveyş Kanal İdarəsi məlumat yayıb.
Süveyş Kanal İdarəsinin rəhbəri Usamə Rəbi “The Ever Given” gəmisinin səbəb olduğu zərərin qarşılanması üçün tələb olunan təzminat miqdarını 550 milyon dollara endirdiklərini açıqlayıb. Rəbinin Misirin İsmailiyyə rayonunda Panama Dəniz Heyətinin nümayəndələri ilə görüşündən sonra bu məlumat verilib.


Qeyd edək ki, “The Ever Given” adlı nəhəng konteyner gəmisi bu ilin martın 24-də Süveyş Kanalında sahilə çırpılaraq qəza törətmişdi. Gəminin keçid yolunu bağlaması nəticəsində Misirin gündəlik 12-14 milyon dollar zərərə uğradığı bildirilir. 6 gün davam edən işlərdən sonra nəhəng gəmini hərəkət etdirmək mümkün olmuşdu. Ümumilikdə “The Ever Given” gəmisinin dünya ticarətinə 10 milyard dollar civarında zərər vurduğu təxmin edilir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru